AZ

Netanyahu Misirdə keçiriləcək sülh sammitinə qatılacaq

İsrailin baş naziri Benyamin Netanyahu Misirdə keçiriləcək sülh sammitinə qoşulacaq. Bu qərar onun Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə ABŞ prezidenti Donald Trampın iştirakı ilə apardığı telefon danışığından sonra verilib.

Musavat.com xəbər verir ki, İsrailin “12-ci kanal”ının məlumatına görə, Netanyahu sammitə şəxsən Misir prezidentinin dəvəti ilə qatılacaq.

Sammitdə əsas mövzu Yaxın Şərqdə sülh prosesinin irəlilədilməsi və Qəzza zolağında yaranmış vəziyyətin diplomatik yolla həlli olacaq.

Musavat.com

Seçilən
9
8
musavat.com

10Mənbələr