EN

Misir tarixi Sammitə qatılacaq liderlərin siyahısını yaydı: İlham Əliyev, Tramp, Ərdoğan, Makron...

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misir hakimiyyəti bu gün Qəzzadakı Sülh Planı ilə bağlı keçiriləcək Şarm əl-Şeyx Sülh Sammitində iştirak edəcək liderlərin siyahısını açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə ABŞ prezidenti Donald Trampın həmsdərlik edəcəyi sammitdə aşağıdakı dövlətlərin liderləri iştirak edəcək:

“Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Bəhreyn Kralı Həməd bin İsa Əl-Xəlifə, Fələstin Prezidenti Mahmud Abbas, İndoneziya Prezidenti Macel Leman Subianto, Fransa Prezidenti Makran Cənubi Kipr prezidenti Nikos Christodoulides.

Bundan başqa, Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin baş nazirlər səviyyəsində sammitdə təmsil olunacaqlar".

Sammitdə Omanın xarici işlər naziri Bədr əl-Busaidi, BMT-nin baş katibi Antonio Quterreş, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının sədri Antonio Kosta, Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar və Yaponiyanın Qahirədəki səfiri Fumio İvainin də iştirak edəcəyi haqda xəbərlər var.

Lamiyə Əhmədli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
12
mia.az

10Sources