EN

Paşinyan da Misirə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 13-də işgüzar səfərlə Misirə yollanacaq.

News24.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə onun mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.

Məlumata görə, Paşinyan ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm əl-Şeyx şəhərində keçiriləcək Yaxın Şərq Sülh Sammitində iştirak edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev də sözügedən sammitdə iştirak etmək üçün bu gün Misirə səfər edib.

Chosen
81
6
news24.az

10Sources