Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 13-də işgüzar səfərlə Misirə yollanacaq.
Bu barədə onun mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.
Məlumata görə, Paşinyan ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm əl-Şeyx şəhərində keçiriləcək Yaxın Şərq Sülh Sammitində iştirak edəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev də sözügedən sammitdə iştirak etmək üçün bu gün Misirə səfər edib.
"Cebheinfo.az"