EN

Serbiya millisinin baş məşqçisi istefa verdi

style='margin-bottom:10px;'>

Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç istefa verib.

QOL.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Albaniyaya evdə uduzduqları (0:1)  oyundan sonra qərarını açıqlayıb.

Qeyd edək ki, Stoykoviç 2021-ci ildən Serbiya millisinin baş məçqçisi idi. Onun komandası K qrupunda 7 xalla üçüncü pillədə qərarlaşıb. Albaniya 11 xalla ikinci, İngiltərə 15 xalla birincidir.

Chosen
29
5
teleqraf.com

7Sources