Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç istefa verib.
QOL.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Albaniyaya evdə uduzduqları (0:1) oyundan sonra qərarını açıqlayıb.
Qeyd edək ki, Stoykoviç 2021-ci ildən Serbiya millisinin baş məçqçisi idi. Onun komandası K qrupunda 7 xalla üçüncü pillədə qərarlaşıb. Albaniya 11 xalla ikinci, İngiltərə 15 xalla birincidir.