EN

Holann ilə Qlasner sentyabrın laureatlarıdı

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə premyer-liqasında sentyabrın ən yaxşıları müəyyənləşib. "Football-plus.az" xəbər verir ki, nominasiya üzrə fərqli klubların üzvləri qalib olublar.Turnirin rəsmi saytının yaydığı xəbərə görə, ayın ən yaxş oyunçusu “Mançester Siti”nin hücumçusu Erlinq Holann seçilib. O, ötən ay meydana çıxdığı 3 oyunda 5 qol vurub. Qeyd edək ki, norveçli futbolçu bu mövsüm meydana çıxıdığı 7 oyunda qapılara 9 dəfə yol tapıb.Premyer-liqada sentyabrın ən yaxşı baş məşqçisi üçün ayrılan mükafata “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner layiq bilinib. Avstriyalı mütəxəssisin komandası ötən ay keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə heç-heçə edib. Qlasner “Kristal Pelas”a 2024-cü ilin fevralında baş məşqçi təyin olunub. 51 yaşlı çalışdırıcı ilk dəfə ayın ən yaxşı məşqçisi adına layiq görülüb. Onun komandası hazırda çempionatda 12 xalla 6-cı yeri tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
icma.az

2Sources