AZ

Holann ilə Qlasner sentyabrın laureatlarıdı

İngiltərə premyer-liqasında sentyabrın ən yaxşıları müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, nominasiya üzrə fərqli klubların üzvləri qalib olublar.

Turnirin rəsmi saytının yaydığı xəbərə görə, ayın ən yaxş oyunçusu “Mançester Siti”nin hücumçusu Erlinq Holann seçilib. O, ötən ay meydana çıxdığı 3 oyunda 5 qol vurub. Qeyd edək ki, norveçli futbolçu bu mövsüm meydana çıxıdığı 7 oyunda qapılara 9 dəfə yol tapıb.

Premyer-liqada sentyabrın ən yaxşı baş məşqçisi üçün ayrılan mükafata “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner layiq bilinib. Avstriyalı mütəxəssisin komandası ötən ay keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə heç-heçə edib.

Qlasner “Kristal Pelas”a 2024-cü ilin fevralında baş məşqçi təyin olunub. 51 yaşlı çalışdırıcı ilk dəfə ayın ən yaxşı məşqçisi adına layiq görülüb. Onun komandası hazırda çempionatda 12 xalla 6-cı yeri tutur.

Seçilən
3
1
football-plus.az

2Mənbələr