İspaniya Superkubokunun təqvimi müəyyənləşib.
"Football-plus az" xəbər verir ki, turnir 2026-cı ilin yanvarında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.
İspaniya Kral Futbol Federasiyasının rəsmi saytı yarımfinal matçlarının yanvarın 7-də və 8-də oynanılacağını açıqlayıb. Bu mərhələdə “Barselona” “Atletik”lə, “Real” isə “Atletiko” ilə qarşılaşacaq. Final yanvarın 11-nə təyin olunub. Superkubokun bütün oyunları “Əlinma” stadionunda keçiriləcək.
Xatırladaq ki, ötən il yarış Ciddədəki “King Abdullah Sports” stadionunda keçirilib. Finalda “Barselona” “Real"ı 5:2 hesabı ilə məğlub edib.