AZ

İspaniya Superkubokunun təqvimi müəyyənləşdi

İspaniya Superkubokunun təqvimi müəyyənləşib.

"Football-plus az" xəbər verir ki, turnir 2026-cı ilin yanvarında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

İspaniya Kral Futbol Federasiyasının rəsmi saytı yarımfinal matçlarının yanvarın 7-də və 8-də oynanılacağını açıqlayıb. Bu mərhələdə “Barselona” “Atletik”lə, “Real” isə “Atletiko” ilə qarşılaşacaq. Final yanvarın 11-nə təyin olunub. Superkubokun bütün oyunları “Əlinma” stadionunda keçiriləcək.

Xatırladaq ki, ötən il yarış Ciddədəki “King Abdullah Sports” stadionunda keçirilib. Finalda “Barselona” “Real"ı 5:2 hesabı ilə məğlub edib.

Seçilən
2
1
football-plus.az

5Mənbələr