EN

“İtkin düşənlərin yaxınlarından 11 mindən çox bioloji nümunə götürülüb”

ain.az bildirir, Cebheinfo portalına istinadən.

“2014-cü ildən bəri itkin düşmüş şəxslərin yaxınlarından 11 mindən çox bioloji nümunələr götürülüb”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi, general-mayor Rüfət Əliyev Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, həmin nümunələr məlumat bankına qoyulub: “2020-ci il Vətən Müharibəsi və daha sonra antiterror əməliyyatlarından sonra itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı yeni imkanlar yaradılıb. 2022-ci ildə dövlət büdcəsindən pul ayrıldı və DTX-nin Hərbi-tibb baş idarəsində Genetik araşdırmalar mərkəzi ən müasir  avadanlıqlarla təchizatlandı. 2022-ci ildən itkin düşmüş şəxslərlə bağlı götürülən bioloji nümunələr DTX-nin Genetik araşdırmalar mərkəzində araşdırılmağa başlandı. Müharibədən sonra kütləvi məzarlıqlardan çıxan insan sümüklərindən götürülən bioloji nümunələr mərkəzə təhvil verilib. Son dövrlər çox ciddi nəticələr alınıb”.

General-mayor qeyd edib ki , DTX-nin Hərbi-tibb baş idarəsi son itkin düşmüş şəxsin kimliyi müəyyən olunan qədər bu fəaliyyəti davam etdirəcək.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
4
cebheinfo.az

5Sources