BAKI, 9 oktyabr. TELEQRAF
"2020-ci il Vətən müharibəsi və daha sonra antiterror əməliyyatlarından sonra itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı yeni imkanlar yaradılıb.
Teleqraf xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.
O bildirib ki, həmin nümunələr məlumat bankına qoyulub:
"2022-ci ildə DTX-q rəisi Əli Nağıyevin təklifi ilə dövlət büdcəsindən pul ayrıldı və DTX-ın Hərbi-Tİbb baş İdarəsində genetik araşdırmalar mərkəzi ən müasir avadanlıqlarla təchizatlandı. 2022-ci ildən itkin düşmüş şəxslərlə bağlı götürülən bioloji nümunələr DTX-ın Genetik araşdırmalar mərkəzində verildi. Müharibədən sonra kütləvi məzarlıqlar dan çıxan skletlərdən götürülən bioloji nümunələr mərkəzə təhvil verilib. Son dövrlər çox ciddi nəticələr alınıb".
General-mayor qeyd edib ki, DTX-ın Hərbi-Tibb Baş İdarəsi son itkin düşmüş şəxsin kimliyi müəyyən olunan qədər bu məsələ ilə fəaliyyət göstərəcək".