EN

İspaniya Superkubokunun təqvimi bilindi

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

İspaniya Superkubokunun təqvimi açıqlanıb.

QOL.az İspaniya Kral Futbol Federasiyası rəsmi saytına istinadən xəbər verir ki, 2026-cı ilin yanvarında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək yarışın yarımfinal matçları yanvarın 7 və 8-də oynanılacaq.

Yarımfinal matçlarında "Barselona" "Atletik"lə, "Real" "Atletiko" ilə üz-üzə gələcək. Final isə yanvarın 11-də olacaq. Superkubokun bütün oyunları “Əlinma” stadionunda oynanılacaq.

Qeyd edək ki, ötən il sözügedən yarış Ciddədə "King Abdullah Sports"da keçirilib. Finalda “Barselona” “Real"ı 5:2 hesabı ilə məğlub edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
66
1
qol.az

5Sources