Azərbaycanın çövkən yığması 3-cü MDB Oyunlarının qalibi adını qazanıb.
"Football-plus.az" xəbər verir ki, milli finalda Özbəkistanla qarşılaşıb.
Matç Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Şahmar Nağızadə, Vahid Məmmədov və Tərlan Qurbanəliyev vurub.
Qeyd edək ki, yarışda Özbəkistan millisi ikinci, Qırğızıstan komandası isə üçüncü yeri tutub.