AZ

Azərbaycanın çövkən yığması III MDB Oyunlarının qalibi olub

Azərbaycanın çövkən yığması III MDB Oyunlarının qalibi adını qazanıb.

"Report"un məlumatına görə, milli finalda Özbəkistanla üz-üzə gəlib.

Görüş Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Şahmar Nağızadə, Vahid Məmmədov, və Tərlan Qurbanəliyev rəqib qapısından keçiriblər.

Qeyd edək ki, üçüncü yeri Qırğızıstan yığması tutub.

Xatırladaq ki, dünən üçüncü yer uğrunda görüşdə Qırğızıstan yığması Qazaxıstana qalib gəlib (2:0) və turnirin bürünc medalına sahib çıxıb.
 
Bununla da çövkən yarışlarına yekun vurulmuşdu.

Seçilən
1
1
qaziler.az

7Mənbələr