Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Yəmənin “Ənsar Allah” hərəkatının yaraqlıları BMT-nin daha 9 əməkdaşını saxlayıblar.
APA xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik məlumat verib.
“Husilər BMT-nin daha doqquz əməkdaşını saxlayıb. Bununla da 2021-ci ildən bəri özbaşına saxlanılan BMT əməkdaşlarının ümumi sayı 53-ə çatıb”, – o bildirib.
Husilər Yəməndə saxlanılan BMT əməkdaşlarını İsrailin xeyrinə casusluqda ittiham edirlər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.