Husilər Yəməndə BMT əməkdaşlarını casusluqda ittiham edərək saxlayıblar.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Beş milli heyət üzvü və 15 beynəlxalq əməkdaş həbsxanada saxlanılır”, – deyə məlumatda bildirilir.
BMT-nin verdiyi məlumata görə, insident ötən gün baş verib. “Ənsar Allah” silahlı dəstələri əvvəlcədən xəbərdarlıq etmədən kompleksin ərazisinə daxil olublar. Dindirilmədən sonra 11 Yəmən vətəndaşı azad edilib, lakin 20 əməkdaş, o cümlədən 15 xarici vətəndaş hələ də saxlanılır.