AZ

Husilər Sənada BMT-nin 20 əməkdaşını, o cümlədən 15 xarici vətəndaşı saxlayıb

BAKI, 19 oktyabr. TELEQRAF

Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən “Ənsar Allah” üsyançı hərəkatından olan husilər paytaxt Sənada BMT-nin 20 əməkdaşını, o cümlədən 15 xarici vətəndaşı saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin sözçüsü məlumat yayıb.

"Dünən, oktyabrın 18-də "Ənsar Allah"ın üzvləri BMT-nin Sənadakı iqamətgahına icazəsiz daxil olublar. Son məlumata görə, 11 milli işçi sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Beş milli əməkdaş və 15 beynəlxalq heyət binanın daxilində həbsdədir", -BMT sözçüsü bildirib.

Seçilən
56
1
teleqraf.com

10Mənbələr