EN

“Rejissor özünün istədiyi yaradıcı heyətlə işləyəndə fikirlərini tamaşaçıya daha tez çatdıra bilir” - ŞƏRH

Bir qisim aktyor, rejissor üçün teatr məbəd sayılsa da, onlar bu sənət ocağını öz istedadlarının nümayiş olunduğu bir məkan hesab etsələr də, bir qisim isə teatr səhnəsindən öz şəxsi maraqlarını təmin etmək üçün istifadə edirlər. Təəssüf ki, bu gün də teatrlarımızda intriqalar, söz-söhbətlər, dedi-qodular və s. mənfi hallar mövcuddur. Rejissor və yaradıcı heyət qruplaşması barədə söz-söhbətlər çoxalıb.

Mövzu ilə əlaqədar Bakı Bələdiyyə Teatrının baş rejissoru Mərahim Fərzəlibəyov MediaPost-a açıqlama verib.

alt

Rejissorun sözlərinə görə, hər bir rejissorun öz aktyorları ola bilər: “Rejissor qruplaşması deyirlər, ancaq bunu belə adlandırmaq düzgün deyil. Əslində təkcə bizdə deyil, bütün dünya teatrlarında rejissorlar xoşuna gəldiyi aktyorlarla, rəssamlarla işləməyə üstünlük verirlər. Yəni rejissor özünün istədiyi yaradıcı heyətlə işləyəndə fikirlərini tamaşaçıya daha tez çatdıra bilir.

Hər bir rejissorun öz aktyorları ola bilər. Əgər bir teatrda üç rejissor işləyirsə, bunların öz zövqlərinə uyğun komandaları yaranır, formalaşır. Bu, kənardan qruplaşma kimi görünə bilər, peşəkarlıq baxımından götürəndə isə belə komandaları qruplaşma adlandırmaq düzgün deyil. Bu, kino sahəsində də artıq illərdir özünü göstərir. Kino rejissorlarından da bir rejissor bir bəstəkarla və eyni aktyorlarla işləməyə üstünlük verir. Kinoda bu model çoxdandır var. Teatrda da bu model əmələ gəlib. Mənə elə gəlir ki, buna yaradıcı gözlə baxıb yanaşmaq lazımdır”.

Fidan Ramazan

Chosen
357
8
mediapost.az

10Sources