EN

Rəssam Tahir Şıxəliyev “Saküder 2025 İncəsənət Mükafatı”na layiq görüldü - FOTO

4 oktyabr 2025-ci il tarixində Bakıda, “Four Seasons Hotel”də keçirilən “Anadoludan Bakıya-Türkiyə-Azərbaycan Qardaşlığı” adlı beynəlxalq rəsm sərgisi çərçivəsində Azərbaycan rəssamı Tahir Şıxəliyev “Saküder 2025 İncəsənət Mükafatı” ilə təltif olunub.

Bizim.Media xəbər verir ki, mükafat Türkiyədə fəaliyyət göstərən Saküder – Sənət və Sənətkarlar Topluluğu Kültür Dərnəyi tərəfindən təqdim edilib.

Bu mükafat rəssamın Azərbaycan və Türkiyə mədəniyyətlərinin yaxınlaşmasına verdiyi töhfələrə görə verilib.
 

Tahir Şıxəliyev sərgidə iki əsəri - “Dəniz mənzərəsi” (110×75 sm, yağlı boya) və Şəhər və nar ağacı” (100×50 sm, yağlı boya) ilə təmsil olunub.


Tahir Şıxəliyev 1959-cu ildə Bakıda anadan olub, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində və Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. 1985-ci ildən etibarən fərdi və beynəlxalq sərgilərin iştirakçısıdır. Onun əsərləri bir çox ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılır.








Sara, Bizim.Media

Chosen
19
1
bizim.media

10Sources