AZ

Rəssam Tahir Şıxəliyev “Saküder 2025 İncəsənət Mükafatı”na layiq görüldü FOTO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

4 oktyabr 2025-ci il tarixində Bakıda, “Four Seasons Hotel”də keçirilən “Anadoludan Bakıya-Türkiyə-Azərbaycan Qardaşlığı” adlı beynəlxalq rəsm sərgisi çərçivəsində Azərbaycan rəssamı Tahir Şıxəliyev “Saküder 2025 İncəsənət Mükafatı” ilə təltif olunub.Bizim.Media xəbər verir ki, mükafat Türkiyədə fəaliyyət göstərən Saküder – Sənət və Sənətkarlar Topluluğu Kültür Dərnəyi tərəfindən təqdim edilib.Bu mükafat rəssamın Azərbaycan və Türkiyə mədəniyyətlərinin yaxınlaşmasına verdiyi töhfələrə görə verilib.

 

Tahir Şıxəliyev sərgidə iki əsəri - “Dəniz mənzərəsi” (110×75 sm, yağlı boya) və Şəhər və nar ağacı” (100×50 sm, yağlı boya) ilə təmsil olunub.

Tahir Şıxəliyev 1959-cu ildə Bakıda anadan olub, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində və Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. 1985-ci ildən etibarən fərdi və beynəlxalq sərgilərin iştirakçısıdır. Onun əsərləri bir çox ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılır.

Sara, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
bizim.media

10Mənbələr