EN

Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025 -ci ilin avqustunda Qırğızıstandan Türkiyəyə 16 min 991 turist səfər edib ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 2,34 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,24 faiz təşkil edib.

2025-ci ilin yanvar-avqust aylarında Qırğızıstandan Türkiyəyə 131 min 979 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,55 faiz çoxdur.

2025-ci ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,37 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin avqustunda Türkiyəyə 6 milyon 965 min 343 turist səfər edib ki, bu da ötən ilin avqustu ilə müqayisədə 2,05 faiz çoxdur.

2025 -ci ilin yanvar-avqust aylarında 35 milyon 481 min 223 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,90 faiz azdır.

Chosen
164
6
turkic.world

10Sources