EN

"Citycard" istifadəyə verilir: Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sərnişindaşımada rəqabətin təmin olunması və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində Gəncə şəhərində marşrut şəbəkəsi yenidən formalaşdırılıb.
Yeni şəbəkəyə daxil edilən 20 şəhərdaxili və 2 şəhərətrafı avtobus marşrutunun fəaliyyət göstərməsi müəyyən edilib. Sözügedən marşrutlarda ödənişlər isə "Citycard" vasitəsilə həyata keçiriləcək. Bu kartları bir neçə yolla əldə etmək mümkündür:
Kartları fiziki formada "Azərpoçt" MMC-nin xidmət məntəqələrindən almaq;
"Citycard Azerbaijan" mobil tətbiqini yükləmək və bir neçə saniyədə QR bilet yaradaraq gediş etmək.
Gəncə sakinləri "Citycard" kartlarının balansını, həmçinin "e-Manat" və "MPAY" terminalları vasitəsilə asanlıqla artıra biləcəklər. Ödənişləri həyata keçirməyin bir sadə və asan yolu da mövcuddur. Belə ki, "MPAY" mobil tətbiqini yükləyərək, tətbiqdəki müvafiq bölmədən ödəniş etmək əlçatan olacaq.
Bu üsullar istifadəçilər üçün rahat, sürətli və ən əsası, təhlükəsizdir.
Yeni sistemin tətbiqi Gəncə şəhərində ictimai nəqliyyatın müasir standartlara uyğunlaşdırılmasına, həmçinin sərnişinlərin gündəlik həyatında rahatlığın və əlverişliliyin təmin olunmasına xidmət edir.
Chosen
110
38
oxu.az

10Sources