AZ

Son model avtomobil qəza etdi, amma yastıqlar açılmadı: Səbəb nədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son model avtomobil qəza edib, amma avtomobildə heç bir təhlükəsizlik yastığı açılmayıb. Sosial şəbəkələrdə bu barədə videogörüntülər yayımlanıb.
Bu hadisə hər kəsdə sual doğurur: elə də ucuz olmayan yeni avtomobillərdə təhlükəsizlik yastıqları niyə açılmayıb?
Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, usta Sahil Ağabəylinin sözlərinə görə, avtomobil kənardan zərbə aldıqda təhlükəsizlik yastıqlarının sensorları bəzən bunu qəza kimi qəbul etmir. Ona görə də yastıqlar açılmaya bilər. Onun sözlərinə görə, sensorlar hətta qəzanın ağırlıq dərəcəsini və zərbənin hansı bucaqdan dəydiyini düzgün hesablayır.
Ara küçələrdə və ya dar dalanlarda bəzi sürücülər çox vaxt təhlükəsizlik kəmərindən istifadə etmirlər. Bu da təhlükəsizlik yastıqlarının işləməməsinə səbəb ola bilir. Mütəxəssislər əlavə edirlər ki, yastıqların aktiv olması üçün sürücünün kəmərdən istifadə etməsi vacibdir.
Təhlükəsizlik kəməri taxılmadıqda yastıqlar çox vaxt işə düşmür, çünki sistem sürücünü qoruma mexanizmini kəmərlə birlikdə işə salır. Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, həm təhlükəsizlik kəmərindən istifadə etsinlər, həm də avtomobilin təhlükəsizlik yastıqlarının sensorlarının texniki vəziyyətinə daim nəzarət etsinlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Seçilən
33
50
oxu.az

10Mənbələr