EN

Kim nə qədər səs toplayıb? - "Qızıl top"un nəticələri

style='margin-bottom:10px;'>

2025-ci ilin “Qızıl top” mükafatının namizədlərinin yığdıqları səs sayı açıqlanıb. 

QOL.az xəbər verir ki, bu barədə mükafatın rəsmi X sosial şəbəkəsində məlumat verilib. 

"Qızıl top"un qalibi səsvermədə 1380 xal toplayıb. İkinci pillədə 1059 xalla “Barselona”nın gənc ulduzu Lamin Yamal qərarlaşıb. İlk “üçlüy”ü isə 703 xal toplayan “PSJ”nin yarımmüdafiəçisi Vitinya tamamlayıb.

Səsvermənin ilk “10-luğu”nu təqdim edirik:

1. Usman Dembele (“PSJ”) — 1380

2. Lamin Yamal (“Barselona”) — 1059

3. Vitinya (“PSJ”) — 703

4. Məhəmməd Salah (“Liverpul”) — 657

5. Rafinya (“Barselona”) — 620

6. Əşrəf Hakimi (“PSJ”) — 484

7. Kilian Mbappe (“Real” Madrid) — 378

8. Koul Palmer (“Çelsi”) — 211

9. Canluici Donnarumma (“Mançester Siti”) — 172

10. Nunu Mendeş (“PSJ”) — 171

Chosen
14
4
teleqraf.com

5Sources