AZ

“Qızıl top 2025” üçün səsvermənin nəticələri açıqlanıb - FOTO

“Qızıl top”"un mətbuat xidməti sosial şəbəkədə ötən mövsüm üçün bu mükafat uğrunda səsvermənin nəticələrini dərc edib.

İdman.biz xəbər verir ki, səsvermənin nəticələrinə görə, PSJ-nin hücumçusu Usman Dembele 1380 xal toplayaraq qalib gəlib.

“Barselona”nın vingeri Lamin Yamal 1059 xalla ikinci olub. İlk üçlüyü 703 xalla PSJ-nin yarımmüdafiəçisi Vitinya tamamlayıb.

“Qızıl top” üzün səsvermə xalları 2025 (ilk onluq):

Usman Dembéle (PSJ) - 1,380 xal;
Lamin Yamal (“Barselona”) - 1059 xal;
Vitinya (PSJ) - 703 xal;
Məhəmməd Salah (“Liverpul”) – 657 xal;
Rafinya (“Barselona”) - 620 xal;
Əşrəf Hakimi (PSJ) - 484 xal;
Kilian Mbappe (“Real Madrid”) - 378 xal;
Koul Palmer (“Çelsi”) – 211 xal;
Canluici Donnarumma (“Mançester Siti”) - 172 xal;
Nuno Mendeş (PSJ) - 171 xal

İdman.biz

Seçilən
7
4
idman.biz

6Mənbələr