EN

Ayının hücum etdiyi qadınÖLDÜ

Rusiyanın Kamçatka yarımadasında ayı hücumuna məruz qalan 84 yaşlı qadın ağır xəsarət aldığı üçün həyatını itirib.

Redaktor.az Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə Petropavlovsk-Kamçatskiy şəhərində baş verib.

Kamçatka bölgəsinin Səhiyyə Nazirliyindən verilən məlumata görə, ayı şəhər sakinlərinə hücum edib və nəticədə qadın xəstəxanaya çatdırılıb. Lakin ağır xəsarət səbəbindən onu xilas etmək mümkün olmayıb.

Ərazi idarəsinin mətbuat xidmətindən bildirilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb və hücum edən ayı vurulub.

Nuriyyə NATİQQIZI

Chosen
105
50
redaktor.az

10Sources