AZ

Rusiyada ayının hücumuna məruz qalan qadın ölüb

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Kamçatka yarımadasında ayının hücumuna məruz qalan bir nəfərin öldüyü bildirilir.

Bizimyol.info xəbər verir ki, Kamçatka vilayətinin Səhiyyə Nazirliyi Petropavlovsk-Kamçatski şəhərində ayının sakinlərə hücum etdiyini açıqlayıb.

"Ayının hücumuna məruz qalan 84 yaşlı qadın xəstəxanaya çatdırılsa da,  ağır yaralandığı üçün onun həyatını xilas etmək mümkün olmayıb", - deyə səhiyyə idarəsini verdiyi məlumatda qeyd edilib.

Regional hökumətin mətbuat xidməti hadisədən sonra təhlükəsizlik tədbirlərinin görüldüyünü və hücum edən ayının güllələndiyini qeyd edən bəyanat yayıb.

Həftənin əvvəlində Rusiyanın şərqindəki Saxalin adasında meşədə ayının hücumuna məruz qalan bir nəfər ölüb.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
50
icma.az

10Mənbələr