EN

“Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının rəsmi açılış mərasimi keçirilib

Bakı. Trend:

Sentyabrın 24-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində“Beynəlxalq Konkisürmə Birliyinin (ISU) yeniyetmələr arasındafiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının rəsmi açılış mərasimibaş tutub.

Trend xəbərverir ki, bu barədə Qış İdman Növləri Federasiyasından məlumatverilib.

Tədbirin açılış mərasimində çıxış edən gənclər və idman naziriFərid Qayıbov Azərbaycanda ilk dəfə təşkil olunan “Yeniyetmələrarasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının ölkəmiz üçünqış idman növlərinin inkişafında yeni mərhələ olduğunu bildirib.Nazir Prezident İlham Əliyevin idman sahəsinə hər zaman xüsusidiqqət və qayğı ilə yanaşdığını, dövlət tərəfindən ölkəmizdə müasiridman infrastrukturunun yaradıldığını, o cümlədən bu istiqamətdəhəyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın idmanölkəsi kimi dünyada önəmli yer tutduğunu vurğulayıb. Fərid Qayıbovqran-pri yarışının Azərbaycanda keçirilməsinin təkcə fiqurlukonkisürmə üzrə deyil, ümumilikdə qış idman növlərinin inkişafıbaxımından yeni imkanlar açdığını qeyd edib və idmançılara uğurlararzulayıb.

“ISU yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri”yarışının Azərbaycan kimi dinamik inkişaf edən ölkədəkeçirilməsindən məmnunluğunu bildirən Beynəlxalq KonkisürməBirliyinin prezidenti Co Yul Kim Azərbaycanın müasir idmaninfrastrukturu, təşkilatçılıq təcrübəsi və gənclərə verdiyi dəstəksayəsində beynəlxalq idman ailəsinin etibarlı tərəfdaşınaçevrildiyini deyib. O, qran-prinin regionda fiqurlu konkisürmənintanıdılmasına, müxtəlif ölkələr arasında idman əlaqələrininmöhkəmlənməsinə və gələcəkdə daha böyük beynəlxalq yarışlarınAzərbaycanda keçirilməsinə zəmin yaradacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi, Gənclər və İdmanNazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və BeynəlxalqKonkisürmə Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfəkeçirilən qran-pri 3 gün davam edəcək. “ISU yeniyetmələr arasındafiqurlu konkisürmə üzrə Qran-Pri” yarışında 38 ölkədən 92 idmançıiştirak edəcək. Qran-prinin ilk günündə kişilər və qadınlar qısaproqram üzrə çıxış edəcəklər.

Sentyabrın 25-də kişilər buz üzərində sərbəst proqramla,cütlüklər isə qısa rəqs proqramı ilə çıxış edəcəklər. Sentyabrın26-da isə qadınlar sərbəst proqramla, cütlüklər isə sərbəst rəqsproqramı ilə çıxışlarını təqdim edəcəklər.

“Yeniyetmələr
“Yeniyetmələr
“Yeniyetmələr
“Yeniyetmələr
“Yeniyetmələr
“Yeniyetmələr
“Yeniyetmələr
“Yeniyetmələr
“Yeniyetmələr
“Yeniyetmələr
“Yeniyetmələr
“Yeniyetmələr
“Yeniyetmələr
“Yeniyetmələr
Məqalədə:
Chosen
10
7
az.trend.az

8Sources