EN

Bakıda iqlim dəyişmələri ilə bağlı beynəlxalq layihə müzakirə olunub

Metbuat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Azərbaycanda Texnologiya Ehtiyaclarının Qiymətləndirilməsi” layihəsinə həsr olunmuş müzakirə keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, sentyabrın 24-də baş tutan tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişindən irəli gələn öhdəliklərin icrası məqsədilə, Qlobal Ekologiya Fondu və BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə təşkil olunub. Layihənin məqsədi iqlim dəyişikliyi ilə mübarizədə prioritet texnologiya ehtiyaclarını müəyyənləşdirmək və gələcək maliyyə-texniki əməkdaşlıq üçün zəmin yaratmaqdır.

Müzakirələrdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Dövlət Su Ehtiyatları Agentliyinin Aparat rəhbərinin müavini Ülviyyə Məmmədova, BMT-nin İnkişaf Proqramının Kopenhagen İqlim Mərkəzinin nümayəndəsi Matilda Briks Pedersen, mərkəzin regional eksperti Ala Druta, aidiyyəti dövlət qurumlarının, beynəlxalq tərəfdaşların, donor təşkilatlarının, akademik və tədqiqat sahəsində çalışan mütəxəssislərin, vətəndaş cəmiyyəti institutlarının və özəl sektorun nümayəndələri iştirak ediblər.

Tədbirdə su, kənd təsərrüfatı, enerji, torpaq ehtiyatları və meşəçilik sahələrində iqlim siyasəti ilə uyğunlaşdırılmış plan və proqramlar təqdim olunub.

Qeyd edək ki, 2025–2027-ci illərdə həyata keçiriləcək layihə Azərbaycan da daxil olmaqla 17 ölkəni əhatə edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
6
metbuat.az

7Sources