Layihə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişindən irəli gələn öhdəliklərin icrası məqsədilə Qlobal Ekologiya Fondu və BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə həyata keçirilir. Məqsəd ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə prioritet texnologiya ehtiyaclarını müəyyənləşdirmək və gələcək maliyyə-texniki əməkdaşlığa zəmin yaratmaqdır.
Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Dövlət Su Ehtiyatları Agentliyininin Aparat rəhbərinin müavini Ülviyyə Məmmədova, BMT-nin İnkişaf Proqramının Kopenhagen İqlim Mərkəzinin nümayəndəsi Matilda Briks Pedersen, Mərkəzin regional eksperti Ala Druta, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri, eyni zamanda beynəlxalq tərəfdaşlar, donor təşkilatları, akademik və tədqiqat sahəsində çalışan mütəxəssislər, vətəndaş cəmiyyəti institutlarının və özəl sektorun nümayəndələri iştirak edir.
Müzakirələrdə su, kənd təsərrüfatı, enerji, torpaq ehtiyatları, meşəçilik üzrə iqlim siyasəti ilə uzlaşdırılmış plan və proqramlar təqdim olunub.
Qeyd edək ki, 2025–2027-ci illərdə həyata keçiriləcək layihə Azərbaycan da daxil olmaqla 17 ölkəni əhatə edəcək.