AZ

Azərbaycanda Texnologiya Ehtiyaclarının Qiymətləndirilməsi ilə bağlı müzakirə keçirilib

Bakı. Trend:

24 sentyabr 2025-ci il tarixində Ekologiya və Təbii SərvətlərNazirliyində iqlim dəyişmələri sahəsində “Azərbaycanda TexnologiyaEhtiyaclarının Qiymətləndirilməsi” layihəsinə həsr olunmuş müzakirətəşkil olunub.

Trendxəbər verir ki, layihə BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyası və Paris Sazişindən irəli gələn öhdəliklərin icrasıməqsədilə Qlobal Ekologiya Fondu və BMT-nin Ətraf Mühit Proqramınındəstəyi ilə həyata keçirilir. Məqsəd ölkələrin iqlim dəyişikliyiilə mübarizədə prioritet texnologiya ehtiyaclarını müəyyənləşdirməkvə gələcək maliyyə-texniki əməkdaşlığa zəmin yaratmaqdır.

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini UmayraTağıyeva, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova,Dövlət Su Ehtiyatları Agentliyininin Aparat rəhbərinin müaviniÜlviyyə Məmmədova, BMT-nin İnkişaf Proqramının Kopenhagen İqlimMərkəzinin nümayəndəsi Matilda Briks Pedersen, Mərkəzin regionaleksperti Ala Druta, eləcə də aidiyyəti dövlət qurumlarınınnümayəndələri, eyni zamanda beynəlxalq tərəfdaşlar, donortəşkilatları, akademik və tədqiqat sahəsində çalışan mütəxəssislər,vətəndaş cəmiyyəti institutlarının və özəl sektorun nümayəndələriiştirak edir.

Müzakirələrdə su, kənd təsərrüfatı, enerji, torpaq ehtiyatları,meşəçilik üzrə iqlim siyasəti ilə uzlaşdırılmış plan və proqramlartəqdim olunub.

Qeyd edək ki, 2025–2027-ci illərdə həyata keçiriləcək layihəAzərbaycan da daxil olmaqla 17 ölkəni əhatə edəcək.

Seçilən
3
6
az.trend.az

7Mənbələr