EN

Azərbaycan nümayəndələri İordaniyada keçirilən beynəlxalq forum və iclasda iştirak ediblər

Sentyabrın 21-də İordaniya Ticarət Palatasının ev sahibliyi ilə İslam Ticarət və İnkişaf Palatasının İdarə Heyətinin 39-cu iclası, və 22 sentyabrda “Rəqəmsal İqtisadiyyata İnvestisiya” Forumunun ikinci buraxılışı uğurla keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Ziya Hacılı bildirib. 

“Azərbaycanı iclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi olaraq təmsil etdik.

Tədbirlər regional ticarət əməkdaşlığının gücləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və investisiya imkanlarının müzakirəsi üçün əhəmiyyətli platforma rolunu oynayır. Özündə 50-dən çox islam ölkəsini birləşdirən Palatanın idarə heyətində təmsil  olunan ASK adından, Küveyt, Misir, Qətər və Türkiyə Ticarət Palata rəhbərləri ilə iki tərəfli görüşlər keçirdik”, - o əlavə edib.

Chosen
14
2
operativmedia.az

3Sources