Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) İordaniya Ticarət Palatasının ev sahibliyi ilə keçirilən İslam Ticarət və İnkişaf Palatasının İdarə Heyətinin 39-cu iclasında və “Rəqəmsal İqtisadiyyata İnvestisiya” Forumunda təmsil olunub.Bu barədə ASK-nın Baş katibi Ziya Hacılı məlumat verib.“Tədbirlər regional ticarət əməkdaşlığının gücləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və investisiya imkanlarının müzakirəsi üçün əhəmiyyətli platforma rolunu oynayır. Özündə 50-dən çox islam ölkəsini birləşdirən Palatanın idarə heyətində təmsil olunan ASK adından, Küveyt, Misir, Qətər və Türkiyə Ticarət Palata rəhbərləri ilə iki tərəfli görüşlər keçirdik”, – deyə o qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta