EN

Polşadan Azərbaycana pul köçürmələri 32%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin birinci yarımilində Azərbaycandan Polşaya fizikişəxslərin pul köçürmələrinin həcmi 2,242 milyon ABŞ dolları təşkiledib.

Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici2024-cü ilin eyni dövrü ilə müqayisədə 537 min ABŞ dolları və ya19,3% azdır.

Məlumata görə hesabat dövründə Azərbaycandan xaricə ümumi pulköçürmələrində Polşanın payı 0,9% təşkil edib. Bununla da sözügedənölkə Azərbaycandan ən çox pul köçürülən ölkələr siyahısında 18-ciyerdə qərarlaşıb.

Həmçinin cari ilin ilk 6 ayında Polşadan Azərbaycana fizikişəxslərin pul köçürmələrinin həcmi 2,256 milyon ABŞ dolları olubki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 542min ABŞ dolları və ya 31,6% artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrindəPolşanın payı 0,4% təşkil edib. Bununla da Polşa dövr ərzindəAzərbaycana ən çox pul daxilolmaları üzrə 19-cu pillədəqərarlaşıb.

2024-cü ilin birinci yarımilində Azərbaycandan Polşaya fizikişəxslərin pul köçürmələrinin həcmi 2,779 milyon ABŞ dolları, əksistiqamətdə isə 1,714 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 21,420 milyon ABŞ dollarıvə ya 8,2% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilindəkigöstərici ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6%azdır.

Chosen
11
4
az.trend.az

10Sources