EN

Kəlbəcərdə Bal Festivalı keçirilir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kəlbəcər, 24 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Kəlbəcər rayonunun mərkəzində İDEA İctimai Birliyinin təşəbbüsü, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı Kəlbəcər Bal Festivalı keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə yaylaq mövsümünün başa çatmasına və Azərbaycan balının brendləşdirilərək dünya bazarına çıxarılmasına həsr olunan tədbirdə ölkəmizin müxtəlif bölgələrindən tanınmış arıçılar, o cümlədən İDEA İctimai Birliyinin dəstək verdiyi gənc arıçılar iştirak edərək, müxtəlif arıçılıq məhsullarını sərgiləyirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
8
azertag.az

10Sources