EN

Ərdoğan: Azərbaycanla Ermənistan arasında daimi sülhə gedən addımların atılmasından məmnunuq

Avqustun səkkizində Azərbaycanla Ermənistan arasında daimi sülhə gedən addımların atılmasından məmnunuq...

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.

"AzərbaycanErmənistan arasında sülhün təsisi üçün tərəfləri əvvəldən indiyə qədər cəsarətləndirdik", - Ərdoğan bildirib.

O, bu prosesə töhfə verən ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

R.T.Ərdoğan qeyd edib ki, bununla əlaqədər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi davam edəcək.

Poliqon.info

Chosen
35
50
poliqon.info

10Sources