AZ

Ərdoğan BMT tribunasından ELAN ETDİ: “Bunun tezliklə bitəcəyinə inanmıram”

"Ukrayna münaqişəsinin həlli üçün fəaliyyətini davam etdirməyə hazıram".

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı bəyan edib.

"Yaxın günlərdə döyüşlərə son qoymaq üçün işimizi davam etdirəcəyik", - Türkiyə lideri bildirib.

O xatırladıb ki, məhz Türkiyədə Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında görüşlər keçirilib.

Ərdoğan həmçinin bəyan edib ki, Avropa həmişəlik Ukraynaya iqtisadi yardım göstərə bilməyəcək.

O, etiraf edib ki, Rusiya-Ukrayna hərbi münaqişəsinin tezliklə bitəcəyinə inanmır.

Seçilən
8
50
publika.az

10Mənbələr