EN

Ərdoğan Azərbaycanla Ermənistan arasında imzalanan müqavilədən məmnun olduğunu bildirib

Azərbaycanla Ermənistan arasında daimi sülhə gedən addımların atılmasından məmnunuq.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.

"Azərbaycan və Ermənistan arasında sülhün təsisi üçün tərəfləri əvvəldən indiyə qədər cəsarətləndirdik", - Ərdoğan bildirib.

O, bu prosesə töhfə verən ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

R.T.Ərdoğan qeyd edib ki, bununla əlaqədər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi davam edəcək.

Chosen
29
50
teleqraf.com

10Sources