ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu il Azərbaycan və Ermənistan arasında ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşma ilə əlamətdardır.
"Unikal" xəbər verir ki, bunu BMT Baş Katibi Antonio Quterreş Baş Assambleyanın 80-ci sessiyasının açılışında bildirib.
"Biz beynəlxalq hüquqa əsaslanan sülhü seçməliyik. Bu il Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saziş imzalandı", - deyə Quterreş bildirib.
O, Kamboca-Tailand münaqişəsinə də toxunaraq bildirib ki, həddən artıq böhranlar nəzarətsiz qalır. Cəzasızlıq hökm sürür, qanunsuzluq tüğyan edir.
O əlavə edib ki, qeyd etdiyi vəziyyət xaosa gətirib çıxararsa, bu, terrorizmi gücləndirəcək və bütün xalqların nüvəsizləşdirilməsi təhlükəsi yaradacaq.
"Məsuliyyət azalır və qəbiristanlıqlar böyüyür", - deyə Quterreş vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.