EN

2 gündə Bakıda dəyəri 10 milyard dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb

Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycan-ın xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələr və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.

Marja xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir qeyd edib ki, forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalandı. Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur.

"Böyük miqyaslı sərmayələr iqtisadiyyatən diversifikasiyasına, innovasiya və texnologiya transferinin sürətləndirilməsinə, rifahın yüksəldilməsinə yeni imkanlar açır.

Ölkəmizin iqtisadi potensialının reallaşdırılmasına töhfə verən Forumun keçirilməsinə göstərdiyi böyük dəstəyə görə cənab Prezident İlham Əliyevə, eləcə də tədbirin təşkilatçılarına, dövlət rəsmilərinə, tərəfdaşlarımıza və bütün iştirakçılara dərin təşəkkürümüzü bildiririk", - Mikayıl Cabbarov qeyd edib. 

Chosen
34
14
marja.az

10Sources