Nazir bildirib ki, Azərbaycan xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələrini və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirib.
O, əlavə edib ki, ölkədə qeyri-neft sektoru üzrə həyata keçiriləcək layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur. Bu böyük sərmayələr iqtisadiyyatın diversifikasiyasına, innovasiya və texnologiya transferinin sürətləndirilməsinə, həmçinin vətəndaşların rifahının yüksəlməsinə yeni imkanlar açır.
Nazir Forumun keçirilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, tədbirin təşkilatçılarına, dövlət rəsmilərinə, tərəfdaşlara və bütün iştirakçılara təşəkkürünü bildirib.