EN

I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanmış sazişlərin ümumi dəyəri açıqlanıb

I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanmış sazişlərin ümumi dəyəri açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələr və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.

O vurğulayıb ki, forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalandı: "Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur. Böyük miqyaslı sərmayələr iqtisadiyyatın diversifikasiyasına, innovasiya və texnologiya transferinin sürətləndirilməsinə, rifahın yüksəldilməsinə yeni imkanlar açır.

Ölkəmizin iqtisadi potensialının reallaşdırılmasına töhfə verən Forumun keçirilməsinə göstərdiyi böyük dəstəyə görə cənab Prezident İlham Əliyevə, eləcə də tədbirin təşkilatçılarına, dövlət rəsmilərinə, tərəfdaşlarımıza və bütün iştirakçılara dərin təşəkkürümüzü bildiririk".

Chosen
14
9
day.az

10Sources