EN

I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanmış sazişlərin ümumi dəyəri açıqlanıb

Bakı. Trend:

I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanmışsazişlərin ümumi dəyəri açıqlanıb.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri MikayılCabbarov "X" hesabında paylaşım edib.

Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci AzərbaycanBeynəlxalq İnvestisiya Forumu Azərbaycanın xarici sərmayə üçün açıqvə dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələr vəuzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu bir dahanümayiş etdirdi.

O vurğulayıb ki, forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞdollarından çox olan investisiya layihələrinə dair sənədlərimzalandı: "Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi iləqeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulanlayihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur. Böyük miqyaslısərmayələr iqtisadiyyatın diversifikasiyasına, innovasiya vətexnologiya transferinin sürətləndirilməsinə, rifahınyüksəldilməsinə yeni imkanlar açır.

Ölkəmizin iqtisadi potensialının reallaşdırılmasına töhfə verənForumun keçirilməsinə göstərdiyi böyük dəstəyə görə cənab Prezidentİlham Əliyevə, eləcə də tədbirin təşkilatçılarına, dövlətrəsmilərinə, tərəfdaşlarımıza və bütün iştirakçılara dərintəşəkkürümüzü bildiririk".

Chosen
17
5
az.trend.az

10Sources