EN

Bir qrup autizmli gəncə velosipedlər hədiyyə edilib - FOTO

Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə bir qrup autizmli gəncə velosipedlər hədiyyə edilib.

Bu barədə İdman.biz-ə nazirliyin mətbuat xidmətindən bildirilib.

Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzində velosipedləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Fikrət Hüseynov, həmçinin Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov təqdim ediblər.

İdman.biz

Chosen
9
5
idman.biz

7Sources