Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə bir qrup autizmli gəncə velosipedlər hədiyyə edilib.
Bu barədə İdman.biz-ə nazirliyin mətbuat xidmətindən bildirilib.
Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzində velosipedləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Fikrət Hüseynov, həmçinin Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov təqdim ediblər.
İdman.biz