Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.
Operativ Media xəbər verir ki, məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik vedrənin içərisində xüsusi üsulla gizlədilmiş 5 ədəd mobil telefon aparatı, 3 ədəd elektrik qidalandırıcı, 1 ədəd qulaqcıq və 1 ədəd bıçaq aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.