AZ

Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alındı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik vedrənin içərisində xüsusi üsulla gizlədilmiş beş ədəd mobil telefon aparatı, üç ədəd elektrik qidalandırıcı, bir ədəd qulaqcıq və bir ədəd bıçaq aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
14
1
oxu.az

10Mənbələr