Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
Çip istehsalçısı “Nvidia” “ChatGPT”-nin yaradıcısı OpenAI şirkətinə 100 milyard dollara qədər investisiya yatıracaq.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, strateji tərəfdaşlıq çərçivəsində “Nvidia” OpenAI-yə süni intellekt modellərinin öyrədilməsi və istifadəsi üçün lazım olan məlumat mərkəzlərinin yaradılması məqsədilə çip tədarük edəcək.
Onların ümumi gücü ən azı 10 GVt olacaq ki, bu da OpenAI-yə “yeni nəsil süni intellekt infrastrukturu” yaratmağa imkan verəcək.
Yaxın gələcəkdə şirkətlər razılaşmanın detallarını müzakirə edəcək və 2026-cı ilin ikinci yarısında bu infrastrukturun yerləşdirilməsinə başlanacaq.
Bu məlumatdan sonra “Nvidia”nın səhmləri 4% yüksəlib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.