AZ

Yeni nəsil süni intellekt infrastrukturuna 100 milyardlıq investisiya

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Çip istehsalçısı “Nvidia” “ChatGPT”-nin yaradıcısı OpenAI şirkətinə 100 milyard dollara qədər investisiya yatıracaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, strateji tərəfdaşlıq çərçivəsində “Nvidia” OpenAI-yə süni intellekt modellərinin öyrədilməsi və istifadəsi üçün lazım olan məlumat mərkəzlərinin yaradılması məqsədilə çip tədarük edəcək.

Onların ümumi gücü ən azı 10 GVt olacaq ki, bu da OpenAI-yə “yeni nəsil süni intellekt infrastrukturu” yaratmağa imkan verəcək.

Yaxın gələcəkdə şirkətlər razılaşmanın detallarını müzakirə edəcək və 2026-cı ilin ikinci yarısında bu infrastrukturun yerləşdirilməsinə başlanacaq.

Bu məlumatdan sonra “Nvidia”nın səhmləri 4% yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
qafqazinfo.az

2Mənbələr